Geri qaytarma siyasəti

NLT Telekom mağazalar şəbəkəsindən alınan məhsullar alınma günü nəzərə alınmamaq şərti ilə 14 təqvim günü ərzində dəyişdirilə və ya qaytarıla bilər.

Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.

 

Geri qaytarma səbəbi: Qüsurlu mal(İstehsalçı qüsuru)

Məhsulun yoxlanması qaydalara əsasən mağazada texniki ekspert tərəfindən həyata keçirilir. Qüsur yerində təsdiqlənə bilərsə, təsdiqlənmə prosesindən sonra məhsul yenisi ilə əvəz olunur, yaxud məbləğ geri qaytarılır. Qüsuru yerində təsdiqləmək mümkün deyilsə, məhsul servisə göndərilir.

 

Geri qaytarma səbəbi: Digər

Məhsul istifadə olunmayıbsa və əmtəə görünüşü pozulmayıbsa, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu halda geri qaytarılma həyata keçirilə bilər. Bunun üçün öncə mağazada texniki ekspert tərəfindən ilkin yoxlama həyata keçirilir.