Bu sənəddə (bundan sonra “Sənəd”) qeyd olunan şərtlər, www.nlt.az saytı ilə (bundan sonra “Biz”, “NLT Telekom” və ya “Veb-sayt”) Veb-saytın istifadəçisi (bundan sonra “İstifadəçi”) arasında mübadilə olunan qarşılıqlı məlumatların konfidensiallığının təmin edilməsi məqsədini daşıyır.

Bu Sənəddə “NLT Telekom” dedikdə, “NLT Telekom” əmtəə nişanının sahibi – “NLT Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti nəzərdə tutulur.

Bu Sənəddə “İstifadəçi” dedikdə, Veb-sayta həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulurlar.

Biz, sizin Veb-sayta daxil olaraq ondan istifadə etdiyiniz zaman barənizdə Veb-sayta daxil edilmiş məlumatları necə topladığımızı, hansı qaydada istifadə və mühafizə etdiyimizi sizə aydın şəkildə izah edə bilməyimiz üçün bu Sənədi tərtib və təsdiq etmişik. Bu Sənədin hazırlanmasında əsas məqsəd, İstifadəçilərin Veb-saytdan güvənli şəkildə istifadə etmələrini təmin etmək, həmçinin Veb-saytda həyata keçirdikləri hər bir hərəkət zamanı daxil etdikləri fərdi məlumatların konfidensiallığına təminat verildiyinə onları əmin etməkdən ibarətdir. Odur ki, Veb-saytdan istifadə etməzdən əvvəl saytımızın “Məxflilik Siyasəti” ilə tanış olmağınızı tövsiyə edirik.

www.nlt.az veb-saytının “Məxflilik Siyasəti” başda ölkənin ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasına, habelə Azərbaycan Respubikasının tərəfdar çıxdığı beynəlxalq qanunvericilik aktlarına, “Fərdi məlumatlar haqqında” Qanuna, “İnformasiya əldə etmək haqqında” Qanuna və Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır.

www.nlt.az veb-saytında İstifadəçi ilə Veb-sayt arasında fərdi məlumat mübadiləsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq, könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə uyğun həyata keçirilir.

İstifadəçiyə aid fərdi məlumatlar onun özü tərəfindən könüllük prinsipinə riayət etməklə təqdim edildiyi andan mühafizə olunur.

İstifadəçinin nəzərinə çatdırırıq ki, onun tərəfindən təqdim edilmiş məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) “Fərdi məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə uyğun olaraq tərəfimizdən qorunur və İstifadəçinin özünün yazılı razılığı olmadan və ya qanunla müəyyən edilmiş hallar (“Fərdi məlumatlar haqqında” Qanunun 13-cü maddəsində göstərilən hallar) istisna olmaqla, heç bir halda üçüncü şəxslərə, idarə və təşkilatlara ötürülürmür.